Rusiya və Ermənistan birgə qoşun yaradır

Rusiya və Ermənistan birgə qoşun yaradır
  19 İyul 2017    Oxunub:4154
Rusiyanın Federasiya Şurası Ermənistanla qoşunların birgə qruplaşmasına dair sazişi ratifikasiya edib.Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.
"Birgə qruplaşma Qafqaz regionunda kollektiv təhlükəsizliyə dair hərbi təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyır", - deyə sazişdə bildirilir.

Qruplaşmanın tərkibinə müharibə zamanı və ya mümkün təcavüzü dəf etmək məqsədilə tərəflərin idarəetmə orqanları və silahlı qüvvələrin qoşunları daxil ediləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti