Neftimiz ucuzlaşıb

Neftimiz ucuzlaşıb
  19 İyul 2017    Oxunub:1118
Dünya birjalarında neft ucuzlaşıb.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar və ya 0,28% azalaraq 46,27 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar və ya 0,27% azalaraq 48,71 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,15 dollar və yaxud 0,30% azalıb və qiyməti 49,32 dollar/barelə bərabər olub.

AzVision.az


Teqlər: neft  





Xəbər lenti