"Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsində - Yenilənib

"Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsində - Yenilənib
  19 İyul 2017    Oxunub:3265
Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçları çərçivəsində səfərdə Gürcüstanın “Samtredia” komandası ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsi təmsilçimizin üstünlüyü ilə başa çatıb.

Matçda hesabı 22-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Donald Qerye açıb.

Birinci hissənin sonrakı dəqiqələri də komandamızın üstünlüyü ilə keçməsinə baxmayaraq, hesab dəyişməyib.

Bakıda keçirilən ilk oyunda Gürcüstan klubunu 5 cavabsız qolla məğlub edən Qurban Qurbanovun komandası cavab qarşılaşmasında da qələbə qazanmağa müvəffəq olub. Bununla Ağdam klubu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə adlayıb.

AzVision.az


Teqlər: Qarabağ   ÇL   Gürcüstan  





Xəbər lenti