ABŞ-dan İrana qarşı yeni sanksiyalar

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
  19 İyul 2017    Oxunub:1146
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə başlayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni sanksiyalar siyahısına 18 fiziki və hüquqi şəxs daxil edilib.

Sanksiyaların ballistik raketlərin istehsalı ilə əlaqəli olan şəxslər və qurumlara qarşı qəbul edildiyi qeyd olunub.

Siyahıya İran ordusu və İran İnqilab Keşikçiləri Korpusuna dəstək göstərən şəxslər və təşkilatlar habelə ölkədə fəaliyyət göstərən adı çəkilməyən “kriminal qruplaşma” daxil edilib.

AzVision.az


Teqlər: ABŞ   İran   Sanksiya  





Xəbər lenti