Kürdə batan ata və oğulun meyiti tapılıb

Kürdə batan ata və oğulun meyiti tapılıb
  18 İyul 2017    Oxunub:2424
Ötən gün Kür çayında batan 2 nəfərin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 18.07.2017-ci il tarixində Kür çayının, Hacıqabul rayonu, Talış kəndindən keçən hissəsində batdığı ehtimal olunanan 1974-cü il təvəllüdlü Ağavəlizadə Bəxtiyar Ağavəli oğlunun və 2002-ci il təvəllüdlü Ağavəlizadə Fərid Bəxtiyar oğlunun meyitləri tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 18:15-də başa çatıb.

AzVision.az


Teqlər: FHN   Kür  





Xəbər lenti