Zakir Həsənov ispaniyalı deputatla görüşüb

Zakir Həsənov ispaniyalı deputatla görüşüb
  18 İyul 2017    Oxunub:1063
İyulun 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov İspaniya Krallığının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan müvəqqəti işlər vəkili Xose Luis Diez Xuares ilə görüşüb.
AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan ilə İspaniya arasında hərbi, hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub, ölkələrimiz arasında hərbi əlaqələrin bundan sonra da inkişaf edəcəyi vurğulanıb.

Diplomat ölkəmizdə fəaliyyəti dövründə İspaniya ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını qeyd edib. O, ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

AzVision.az


Teqlər: Zakir-Həsənov  





Xəbər lenti