Daxili orqanında narkotik keçirmək istədi

Daxili orqanında narkotik keçirmək istədi
  18 İyul 2017    Oxunub:1225
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı fəaliyyətini uğurla davam etdirirlər.
DSX-nin mətbuat mərkəzindən AzVision.az-a bildiriblər ki, sərhədçilərin sayıqlığı sayəsində “Astara” sərhəd nəzarəti məntəqəsində narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb. İyulun 16-da İrandan Azərbaycana qayıdan Cəlilabad şəhər sakini 1989-cu il təvəllüdlü Abıyev Səbuhi Zakir oğlunun davranışı şübhə doğurduğundan saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə onun düz bağırsağından 242 qram həşiş, 56 qram kokos, 72 qram metamfetamin aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DSX   narkotik  





Xəbər lenti