Su anbarında batan şəxs xilas edilib

20:19   17 İyul 2017    Oxunub: 1082

Mingəçevir su anbarında batan şəxs xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az

Teqlər: FHH    




Rubrikanın digər yazıları