Ötən gün 60 cinayət faktı qeydə alınıb

19:32   17 İyul 2017    Oxunub: 241

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 60 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb.

AzVision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər tutulub.

AzVision.az

Teqlər: DİN   Polis   Cinayət    




Rubrikanın digər yazıları