Qazaxda yol kənarında top mərmisi tapılıb

Qazaxda yol kənarında top mərmisi tapılıb
  16 İyul 2017    Oxunub:1666
Qazax rayonunun Fərəhli kəndində torpaq yolun kənarına baxış keçirilərkən 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar edilərək götürülüb, ümumilikdə 150 kvadratmetr ərazi yoxlanılıb.
Bu barədə AzVision.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, yanvarın 1-dən iyulun15-dək agentlik tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonlarında, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində bir sıra ərazilərə və obyektlərə baxış keçirilib. Nəticədə 5 min 790 partlamamış hərbi sursat, tank əleyhinə 194 mina və piyada əleyhinə 30 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 4 milyon 688 min 592 kvadratmetr ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   Füzuli  





Xəbər lenti