Yayın qalan günləri isti keçəcək? - Proqnoz
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, bu ilki yayın ötən ildəkindən sərin keçəcəyini söyləmək olmaz: "Eyni zamanda, yay ərzində temperaturun o qədər də yüksək, davamlı quraqlığın olacağı gözlənilmir. Ötən illərdə davamlı quraqlıqlar müşahidə edilib. Davamlı quraqlıq odur ki, quru, isti küləklər 1 həftəyədək davam edir, havanın temperaturu davamlı olaraq, 35 dərəcədən yuxarı, havanın nisbi rütubəti 30 faizdən aşağı olur. İndiki proqrnozlar havanın quraqlıq keçəcəyini deməyə əsas vermir". (Trend)
AzVision.az