“Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə dəstək verib” - Səfir

“Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə dəstək verib” - Səfir
  12 İyul 2017    Oxunub:1507
"FETÖ ilə mübarizədə Azərbaycan Türkiyəyə dəstək verən ölkələrin başında durur". Təəssüf ki, bəzi ölkələr FETÖ-yə hələ də qucaq açır.

AzVision.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfirin sözlərinə görə, terrorçulara qucaq açanlar anlamırlar ki, qoruduqları bir gün onları da zəhərləyən ilana, şeytana çevriləcək.

"Ötən il iyulun 15-də hərbi çevrilişə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək ölkəmizə dəstək verənlərdən biri cənab İlham Əliyev olub. Azərbaycan prezidentinə və xalqına bu dəstəyə görə təşəkkürümüzü bildiririk".

E.Özoral vurğulayıb ki, Türkiyə xaricində də FETÖ-ya qarşı layiqli mübarizə aparılır. Azərbaycan bu mübarizədə daim Türkiyəyə dəstək verib.

Türkiyə səfiri, iyulun 4-də Ermənistanın Alxanlı kəndində törətdiyi təxribatı pisləyib və yaşanan faciəyə görə Azərbaycan xalqına başsağlığı verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: FETÖ   Türkiyə  





Xəbər lenti