ABŞ-ın Ermənistandakı sabiq səfiri İlham Əliyevlə görüşdə - FOTO

ABŞ-ın Ermənistandakı sabiq səfiri İlham Əliyevlə görüşdə - FOTO
  10 İyul 2017    Oxunub:2944
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü olub.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan tərəfdən prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiri Novruz Məmmədov, xarici işlər naziri Elmar Məmmədyarov və SOCAR rəhbəri Rövnəq Abdullayev iştirak edib.

ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Heffern Prezident İlham Əliyevlə keçirilən görüşdə Tillersonun nümayəndə heyətində təmsil olunub.

Qeyd edək ki, Con Heffern hazırda ABŞ dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə müavini vəzifəsini icra edir. Daha əvvəl bu vəzifəni Viktoriya Nulland tutub.

Xatırladaq ki, Heffern 2011-2014-cü illərdə ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləyib. Ermənistandan getdikdən sonra Heffern Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə müavininin köməkçisi vəzifəsini tutub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Tillersen   Con-Heffern  





Xəbər lenti