Deputatın hazırladığı qətnamə ATƏT PA-da qəbul edilib

Deputatın hazırladığı qətnamə ATƏT PA-da qəbul edilib
  10 İyul 2017    Oxunub:1531
ATƏT Parlament Assambleyasının Minsk şəhərində keçirilən 26-cı illik sessiyasının iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin müəllifi olduğu “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, müzakirədə çıxış edən Tahir Mirkişili multikulturalizm dəyərlərinin dünyada xalqların və ölkələrin inkişafında rolundan danışaraq bu dəyərlərin siyasi, iqtisadi və demokratik inkişaf üçün hər bir ölkədə qorunub inkişaf etdirlməsinin vacibliyi qeyd edib.

Azərbaycanın bu sahədə böyük təcrübəsi olduğunu, Bakı Humanitar Forumunun deklarasiyalarından bəhs edən deputat qəbul ediləcək qətnaməlayhəsinin ATƏT regionununda qarşılıqlı etimadın yaradılmasına və bütövlükdə planetdə təhlükəsiz həyatın qorunmasına xidmət edəcəyini iştirakçıların diqqətinə çatdırıb.

Çıxış edən deputatlar qətnamə layihəsinin vacibliyini və ATƏT sənədləri içərisində ilk belə sənədin olmasının beynəlxalq qanunvericilikdə bir yenilik olduğunu qeyd ediblər. Müzakirələrin sonunda səsverməyə çıxarılan qətnamə layhəsi qəbul olunub.

Qətnamə layihəsi əsasən müxtəlif mədəni dəyərləri qoruyub inkişaf
etdiməklə ATƏT regionunda demokratik inkişafa və təhlükəsizliyə töhvə vermək və Azərbaycanın sahib olduğu multikulturalizm ənənələrini beynəlxalq hüquq müstəvisində tətbiq etməyi nəzərdə tutur.

AzVision.az


Teqlər: ATƏT   Tahir-Mirkişili  





Xəbər lenti