Bu gün daha 4 ailə Cocuq Mərcanlıya köçürüləcək

Bu gün daha 4 ailə Cocuq Mərcanlıya köçürüləcək
  07 İyul 2017    Oxunub:2070
Bu gün Cocuq Mərcanlıda salınmış yeni qəsəbəyə daha 4 ailə köçürüləcək.
Bunu AzVision.az-a kəndin sakini Oqtay Həziyev məlumat verib. O, bildirib ki, hazırda kənddə 9 ailə yaşayır.

Qeyd edək ki, yeni qəsəbəyə 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Cocuq-Mərcanlı   Cəbrayıl  





Xəbər lenti