Əsgərlikdən qayıdan gənc faciəvi şəkildə öldü

Əsgərlikdən qayıdan gənc faciəvi şəkildə öldü
  06 İyul 2017    Oxunub:13460
Gecə saatlarında Bakının Qaradağ rayonunda baş vermiş qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Hadisə Ələt qəsəbəsində, “Shacman” yol kənarındakı yanacaqdoldurma məntəqəsində növbədə durarkən baş verib. Bu zaman “Daewoo” sürətlə gələrək yük maşınına çırpılıb.

“Daewoo”da ümumilikdə 4 nəfər olub. Sürücü, 1991-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və 1993-cü il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Beyləqanda hərbi xidməti başa vuran xalası oğlanları Həsənov Həsən Bayram oğlunu gətirərkən qəzaya düşüblər. Onların hər üçü dünyalarını dəyişiblər. Xəstəxanaya yerləşdirilən Nicat adlı digər bir şəxsin vəziyyəti ağırdır. Həmin şəxs də hərbi xidmətini başa vuraraq evə qayıdırmış.

Ölən qardaşlardan biri ailəli olub və bir övladı var.(Report)

AzVision.az



Teqlər: Qəza   Ölüm?  





Xəbər lenti