Ermənistandan Azərbaycana qarşı ekoloji terror - FOTO+VİDEO

Ermənistandan Azərbaycana qarşı ekoloji terror - FOTO+VİDEO
  03 İyul 2017    Oxunub:14703
Ermənistan vətəndaşlarından biri “Facebook” səhifəsində Arpaçayın çirkləndirilməsi ilə bağlı videogörüntü paylaşıb.
Kadrlardan göründüyü kimi, çayın böyük bir hissəsi plastik şüşə və digər tullantılarla çirkləndirilib.

"Təsəvvür edirsiniz ki, çaya nə qədər zibil atılıb? Bu yalnız çayın üzərində görünən hissədir. Bəs nə qədər üst-üstə toplanıb, Arpaçaya dolub? Düşünülməsi belə qorxuncdur" - erməni istifadəçi yazıb.

Ermənistan tərəfinin dəfələrlə istər Naxçıvan, istərsə də Qarabağ istiqamətində çaylara tullantılar, zəhərli və kimyəvi maddələr atması barədə məlumatlar verilib və problem beynəlxalq təşkilatlar qarşısında qaldırılıb. Lakin, rəsmi İrəvan hər zaman beynəlxalq təşkilatlar qarşısında faktları yalanlamağa çalışıb.

Lakin sözügedən videogörüntü və ermənilərin etirafları Sarkisyan rejiminin yalanlarını növbəti dəfə ifşa edir.



Xatırladaq ki, Arpaçay Araz çayının ən önəmli qollarınından biridir. Çay birbaşa Araz çayına axmaqla, Azərbaycan ərazilərindən keçir. Ermənistan tərəfi Arpaçayı və digər çayları qəsdən çirkləndirərək Azərbaycana qarşı ekoloj terror həyata keçirir.



Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Arpaçay  





Xəbər lenti