Bakıda kirayə evlər ucuzlaşıb - Qiymətlər (VİDEO)

Bakıda kirayə evlər ucuzlaşıb - Qiymətlər (VİDEO)
  03 İyul 2017    Oxunub:4390
Bakıda kirayə mənzillərin qiyməti birdən birə 40 -50 manat ucuzlaşıb. Ucuzlaşmaya əsas səbəb rayonlardan gəlib Bakıda təhsila alan universitet tələbələrinin tətilə çıxması göstərilir. Sentyabr ayına qədər ucuzlaşma davam edəcək.
Bakıda kirayə ev bazarında ucuzlaşma müşahidə olunur.3 ay əvvəlki qiymətlərlə hazır ki qiymətlər arasında 40 -50 manat fərq var.

Rieltorlar kirayə mənzil bazarında ucuzlaşmanı mövsümlə əlaqələndirirlər. Yayda bir çoxlarının rayonlara üztutması və xüsusuilə də universitet tələbələrinin tətilə çıxması sektora ciddi təsir edir.

Ucuzlaşma əsasən yeni tikililərdə və nisbətən bahalı evlərdə müşahidə olunur.
Kirayə mənzil bazarında qiymətlərin sentyabr ayından yenidən qalxacağı gözlənilir. Ekspertlər mənzil kirayələmək istəyənlərə indidən özlərinə münasib ev axtarmağı tövsiyyə edirlər. (Xəzər TV)



AzVision.az


Teqlər: Bakı   Kirayə-ev  





Xəbər lenti