Ərdoğan Tramp və Putinlə nədən danışdı? - Detallar (Yenilənib)

Ərdoğan Tramp və Putinlə nədən danışdı? - Detallar (Yenilənib)
  01 İyul 2017    Oxunub:2895
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentlərin telefon danışığı 40 dəqiqə çəkib.
Görüşdə ABŞ-Türkiyə münasibətləri, iqtisadi əlaqələr müzakirə olunub. Bundan əlavə prezidentlər Qətər böhranı ətrafında fikir mübadiləsi aparıblar.

Liderlər ərəb ölkələri arasında yaşanan gərginliyin dərhal aradan qaldırılmasının, problemin danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğulayıblar.

Türkiyə prezidenti PKK, FETÖ və İŞİD qruplaşmaları ilə mübarizənin gücləndirilməsinin əhəmiyyətindən söz açıb.

Tramp isə bütün ölkələrin terrorizə qarşı mübarizə aparmasını, silahlı qruplaşmalara edilən maliyyə yardımlarının dərhal dayandırılmasını vurğulayıb.

Ərdoğan Trampdan sonra rusiyalı həmkarı Vladimir Putinlə də telefan əlaqəsi saxlayayıb.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı zamanı prezidentlər Suriya böhranının tənzimlənməsinin əsas aspektlərini müzakirə ediblər.

Danışıq zamanı prezidentlər Suriyada vəziyyətin nizamlanmasna dair iyulun əvvəlində Astanada keçiriləcək 5-ci beynəlxalq görüşlə bağlı məqamları müzakirə ediblər.

AzVision.az


Teqlər: Ərdoğan   Tramp   ABŞ   Türkiyə  





Xəbər lenti