Ana və iki oğlu qəzada ölüb

Ana və iki oğlu qəzada ölüb
  30 İyun 2017    Oxunub:1531
İyunun 29-da saat 6 radələrində Masallı rayonunun Sərçuvar kəndi ərazisində Xıl kənd sakini Elmin Bayramovun idarə etdiyi "VAZ-2106" markalı və Beyləqan rayon sakini Bəhruz Qafarovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, nəticədə E.Bayramov və sərnişinlərindən - anası Reyhan hadisə yerində ölüb, qardaşı Mahir, habelə B.Qafarovun sərnişini, Mehdi Hüseynov xəstəxanaya yerləşdirilib. Mahir orada ölüb, Mehdinin vəziyyəti isə ağırdır.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: qəza  





Xəbər lenti