Məmmədyarov iyulda Nalbandyanla görüşə bilər

Məmmədyarov iyulda Nalbandyanla görüşə bilər
  30 İyun 2017    Oxunub:2148
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iyul ayında azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyini istisna etməyib.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bu barədə Nalbandyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.
O, daha əvvəl estoniyalı həmkarı Sven Mikserlə birgə keçirdiyi mətbuat konfransında dediyi kimi belə bir görüşü istisna etməyib.

XİN rəhbərlərinin görüşünün harada keçiriləcəyi haqda əlavə məlumat verilməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Məmmədyarov   Nalbandyan  





Xəbər lenti