DİN çempionun ölümü ilə bağlı məlumat yaydı

DİN çempionun ölümü ilə bağlı məlumat yaydı
  29 İyun 2017    Oxunub:5095
Azərbaycanlı idmançı Reyhan Məmmədova yol qəzasında həlak olub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 28-də saat 21 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Masallı rayon sakini Əliağa Məmmədov idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Reyhan Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən Reyhan Məmmədova idmançı olub. Mərhum dağadırmanma və buzadırmanma üzrə çempion olub.

AzVision.az


Teqlər: İdmançı   Qəza  





Xəbər lenti