Sarkisyan hökumət binasında etirazla qarşılandı

Sarkisyan hökumət binasında etirazla qarşılandı
  29 İyun 2017    Oxunub:1400
Ermənistan prezidenti Serj Sarkisyan hökümət binasına gələn zaman "sürpriz"lə qarşılaşıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyan binaya daxil olarkən bir qrup etirazçı hökumət binasının qarşısına toplaşıb. Onlar etirazlarını Sarkisyana çatdırmaq istəyiblər.
Lakin Ermənistan prezidentinin mühafizəçiləri etiraz edən sakinləri ərazidən uzaqlaşdırıblar.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti