Milli Məclis son iclasa toplanır

Milli Məclis son iclasa toplanır
  29 İyun 2017    Oxunub:1550
Sabah Milli Məclisin sonuncu növbədənkənar iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, parlamentin növbədənkənar iclasının gündəliyinə 16 məsələ daxil edilib.

Gündəlikdə bir sıra qanunlara dəyişiklər nəzərdə tutulub:

“Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi, “Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi, “Gəncə Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi, “Sumqayıt Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi, “Şəki Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi, “Şirvan Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi, “Azərbaycan Respublikasnın 2017-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik;

Su Məcəlləsində dəyişiklik, Miqrasiya Məcəlləsinə dəyişiklik, “İcra haqqında” qanuna dəyişiklik, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik, “Reklam haqqında” qanuna dəyişiklik, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavələr ediləcək.

“İşsizlikdən sığorta haqqında” qanun layihəsi II oxunuşda və "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi II oxunuşda müzakirə olunacaq.

AzVision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti