Suriyaya ağır zərbələr endirildi - Azı 40 ölü var

Suriyaya ağır zərbələr endirildi - Azı 40 ölü var
  29 İyun 2017    Oxunub:1147
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Deyr-əz-xor vilayətində yaşayış məntəqəsinə endirdiyi hava zərbəsi nəticəsində azı 40 dinc sakin həlak olub.
TASS-ın verdiyi məlumata görö, bu haqda Suriyanın SANA informasiya agentliyi xəbər verib.

Məlumata görə, bombardmana Əl-Mayədin şəhəri yaxınlığında yerləşən Əd-Dablən yaşayış məntəqəsi məruz qalıb. Ölənlər arasında qadınlar və uşaqların olduğu bildirilir. Onlarla insanın yaralandığı qeyd olunur.

AzVision.az


Teqlər: Suriya  





Xəbər lenti