Salyanda ağır qəza, yaralı var

Salyanda ağır qəza, yaralı var
  27 İyun 2017    Oxunub:1524
Gecə saatlarında Salyan rayonu ərazisində "VAZ" markalı minik avtomobili "Shacman" markalı yük maşını ilə toqquşub.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal Nazirliyin Muğan Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti