Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi olub

Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi olub
  26 İyun 2017    Oxunub:1876
Heydər Əliyev Mərkəzinin parkında bu həftəsonu açıq havada növbəti idman dərsi təşkil edilib.
Budəfəki dərs taekvondo üzrə olub.

AzVision.az xəbər verir ki, dərsi taekvondo üzrə 2 dəfə Avropa çempionu, Dünya Kubokunun bürünc mükafatçısı, 14 dəfə respublika çempionu, 25 dəfə beynəlxalq turnirlərin qızıl mükafatçısı, Əməkdar İdman Ustası İlkin Şahbazov aparıb. 5-16 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs master-klass formatında 1 saatdan artıq davam edib, iştirakçılara müxtəlif tövsiyələr verilib.





AzVision.az





Teqlər:





Xəbər lenti