Rusiya millisi qrupdan çıxa bilmədi

Rusiya millisi qrupdan çıxa bilmədi
  25 İyun 2017    Oxunub:1896
Rusiya yığması Konfederasiyalar Kuboku-2017-nin qrup mərhələsinin III turunda Meksikaya məğlub olub.
Kazanda keçirilən görüş 2:1 hesabı ilə cənubi amerikalıların xeyrinə başa çatıb.

Oyunda hesabı ruslar açıb. Əslən azərbaycanlı olan Aleksandr Səmədov 25-ci dəqiqədə rəqibi məyus edib. Lakin rəqib 30 və 52-ci dəqiqələrdə fərqlənərək oyunun taleyini həll edib. Rusiya millisi məğlub duruma düşdükdən sonra 68-ci dəqiqədə azlıqda qalıb.

Qrupun digər matçında Portuqaliya Yeni Zelandiyanı 4:0 hesabı ilə darmadağın edib. Nəticədə Meksika və Portuqaliya mərhələ adlayıb.

AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti