Bakıda təcili yardım maşını qəzaya düşdü

Bakıda təcili yardım maşını qəzaya düşdü
  24 İyun 2017    Oxunub:2261
Bakıda yol qəzası baş verib.
AzVision.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Fətəli xan Xoyski küçəsində, 5 nömrəli xəstəxananın yaxınlığında qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən 99 AU 525 dövlət nömrə nişanlı təcili yardım avtomobili idarəetməni itirərək maneəyə çırpılıb. Hadisə zamanı maşında xəstə olmayıb.

İlkin məlumata əsasən, qəza nəticəsində ağır xəsarət alan sürücü xəstəxanaya çatdırılıb.

AzVision.az


Teqlər: Bakı   Qəza  





Xəbər lenti