Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları uzadacaq

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları uzadacaq
  23 İyun 2017    Oxunub:2092
Avropa ölkələrinin liderləri Rusiyaya qarşı sanksiyaların uzadılması barədə razılıq əldə ediblər.
Bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk deyib. O bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasını qərara alıb.

Əsasən banklara və müdafiə sektorunda fəaliyyət göstərən rus şirkətlərinə qarşı tətbiq olunan sanksiyaların müddəti iyulun sonunda başa çatmalı idi. Qəbul edilən yeni qərara əsasən isə bu müddət 2018-ci ilin yanvarınadək uzadılıb.

AzVision.az


Teqlər: Rusiya   Sanksiya   Avropa  





Xəbər lenti