Türkiyə Qətərə əlavə yardım göndərəcək

Türkiyə Qətərə əlavə yardım göndərəcək
  21 İyun 2017    Oxunub:1040
Türkiyə Qətərə 15 min ton həcmində əlavə ərzaq yardımı göndərəcək.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə İqtisadiyyat Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər ki, Qətərə əlavə yüklərin iki gəmi ilə göndəriləcəyi gözlənilir.

Qeyd olunub ki, Türkiyə indiyədək Qətərə ərzaq yüklənmiş 90 təyyarə göndərib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

AzVision.az


Teqlər: Türkiyə   Qətər  





Xəbər lenti