Evdən külli miqdarda narkotik tapılıb

18:42   19 İyun 2017    Oxunub: 389

İyunun 16-da Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Qazma kənd sakini Adil Şindiyevin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirib.

Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu zaman oradakı mal-qara saxlanılan tövlənin yanında 17 ədəd, tövlənin arxa hissəsindəki istixananın yanında 9 ədəd olmaqla ümumilikdə 30 ədəd çətənə kolu, həmçinin həyətdəki yardımçı tikilidə satış məqsədilə gizlədib saxladığı, ümumi çəkisi 17,3 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Həmin şəxsin yaşadığı evə baxış keçirilərkən isə oradakı dolabın üzərindəki 2 ədəd dəmir qabda ümumi çəkisi 36,22 qram olan qurudulmuş marixuana da aşkar edilib.

Bu şəxs əvvəllər də qəsdən sağlamlığa ağır zərərvurmaya və qanunsuz narkotik tərkibli bitkilərin əkib-becərilməsinə görə iki dəfə məhkum olunub.

A.Şindiyev cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub, Balakən RPŞ-də fakta görə Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3 -cü maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzVision.az

Teqlər: DİN   Narkotik    




Rubrikanın digər yazıları