Ucarda 4 bal gücündə zəlzələ olub

Ucarda 4 bal gücündə zəlzələ olub
  19 İyun 2017    Oxunub:1450
Azərbaycanda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata görə, yerli vaxtla saat 17:41:13-də Zərdab stansiyasından 32 km şimal-qərbdə, Ucar ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.
Təkanların maqnitudası 4.4, dərinliyi 34 km olub.

AzVision.az


Teqlər: Ucar   Zəlzələ  





Xəbər lenti