Ştutqart aeroportunda iki şübhəli şəxs tutulub

17:14   18 İyun 2017    Oxunub: 291

Almaniya polisi Ştutqart aeroportunda Bolqarıstan marşrutu üzrə uçan təyyarədə terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

"RİA Novosti" xəbər verir ki, bu barədə “Stuttgarter Zeitung” nəşri məlumat yayıb.

Şübhəlilərin yaşı və milli mənsubiyyətləri barədə heç bir məlumat verilməyib. Faktla bağlı araşdırma aparıldığı bildirilib.

AzVision.az

Teqlər: Almaniya   Ştutqart    




Rubrikanın digər yazıları