Bakı metrosunda dəhşət - 83 yaşlı kişi qatarın altında qaldı

14:53   18 İyun 2017    Oxunub: 13600

Bu gün Bakı metrosunda faciəvi hadisə baş verib.

AzVision.az Lent.az-a istinadən xəbər verir ki, hadisə “Elmlər Akademiyası” stansiyasında baş verib. Saat 12:30 radələrində bədbəxt hadisə nəticəsində qatarın altına yıxılan 1934-cü il təvəllüdlü Xəlilov Səyyad Şirin oğlu həkimlərin səyinə baxmayaraq ölüb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, 83 yaşlı kişi intihar məqsədi ilə özünü qatarın altına atıb. Belə ki, S.Xəlilov saat 12:33-də özünü qatarın altına atıb. Dərhal platformaya daxil olan qatar cərəyandan ayrılıb və saat 12:50-də S.Xəlilov huşsuz vəziyyətdə qatarın altından çıxarılıb. Burada məlum olub ki, onun bədənində hər hansı sınıq xəsarəti yoxdur, yəni qatarın altında qalsa da, ortadakı boşluğa düşüb və vaqonun təkərləri onun üstündən keçməyib. Bununla belə hadisənin şoku altında olan ahıl kişinin ürəyi partlayıb və onun həyatını xilas etmək mümkün olmayıb.

AzVision.az

Teqlər: Bakı   Metro    




Rubrikanın digər yazıları