Putindən ABŞ-a ağır sözlər: “Döşəməni süpürmək üçün gəliblər?” - (VİDEO)

Putindən ABŞ-a ağır sözlər: “Döşəməni süpürmək üçün gəliblər?”  - (VİDEO)
  15 İyun 2017    Oxunub:13053
Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişini şərh edərkən jurnalistə ABŞ-la bağlı gözlənilməz sual verib.
AzVision.az xəbər verir ki, Putin amerikalı kinorejissor Oliver Stouna müsahibəsində belə bir hadisənin Ağ Evdə baş verərkən onu necə adlandırılması ilə maraqlanıb.

ABŞ KİV-lərində Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin Kiyevdən qaçması barədə məlumatları şərh edən Putin bəyan edib ki, bu versiya sadəcə dövlət çevrilişinə bəraət qazandırmaq üçün səsləndirilib.

“O, ölkədaxili tədbir üçün ikinci böyük şəhərə gedən kimi silahlı şəxslər onun iqamətgahını ələ keçirdi. Əgər ABŞ-da Ağ Evi tutsaydılar, onda bu necə adlanardı? Dövlət çevrilişi, yoxsa nə? Yoxsa siz düşünürsünüz ki, onlar ora döşəməni süpürmək üçün gəliblər?”.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Putin   ABŞ   Ukrayna  





Xəbər lenti