Rayonlara güclü leysan yağıb - Faktiki hava şəraiti
Yağan leysan yağış nəticəsində Böyük Qafqazın bəzi çaylarında suyun səviyyəsi artıb. İyunun 12-də axşam saatlarında Kirəndə (Tovuz) dolu düşüb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-3, Böyük Qafqazda 2-16, bəzi yerlərdə 17-50, Qazax-Gəncə zonasında 2-21, Kiçik Qafqazda 4-7, Mərkəzi-Aran rayonlarında 1-8 mm təşkil edib.
AzVision.az