Millimiz məğlub oldu - Yenilənib

Millimiz məğlub oldu - Yenilənib
  11 İyun 2017    Oxunub:3503
Futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan Şimali İrlandiya yığmasını qəbul edib.
Millimiz oyunda 0:1 hesabı ilə məğlub olub.

Matçda yeganə qolu 92-ci dəqiqədə Şimali İrlandiyanın oyunçusu Dallas vurub.

***

Tofiq Bəhramov adına Respublika stadionunda dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan -Şimali İrlandiya oyunu başlayıb.

Oyunu ispaniyalı baş hakim Xavier Estrada idarə edir. Ona həmyerliləri Muguel Martinez və Teodoro Sobrino kömək edirlər. Dördüncü hakim funksiyasını Alexandri Hernandez yerinə yetirir.

***

Bu gün Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.

AzVision.az xəbər verir ki, millimiz C qrupunun VI turu çərçivəsində Şimali İrlandiyanı qəbul edəcək. Beş oyundan sonra 7 xal toplayan yığmamız 4-cü yerdə qərarlaşıb. Komandamız bu oyunda xal qazanmağa çalışacaq.

Qeyd edək ki, Belfastda keçirilən ilk görüşdə yığmamız 0:4 hesabı ilə məğlub olmuşdu.

DÇ-2018-in seçmə mərhələsi, C qrupu

10 iyun

20:00. Azərbaycan – Şimali İrlandiya

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu


AzVision.az


Teqlər: Futbol   Azərbaycan   DÇ-2018  





Xəbər lenti