Gömrükdə telefon əməliyyatı

Gömrükdə telefon əməliyyatı
  01 İyun 2017    Oxunub:1149
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Vaz-21 074 " markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
AzVision.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin ön sağ və sol qanadlarının içərisində gömrük nəzarətindən gizlədilən 28 ədəd Nokia, 10 ədəd Samsung markalı mobil telefonlar, mobil telefonlar üçün nəzərdə tutulan 36 ədəd adapter, 19 ədəd qulaqcıq, 34 ədəd qutu və 30 ədəd batareya aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti