FHN çimərlik mövsümünə hazırdır? - Açıqlama

FHN çimərlik mövsümünə hazırdır? - Açıqlama
  30 May 2017    Oxunub:2078
İyunun ilk həftəsində Azərbaycanda çimərlik mövsümünə start veriləcək.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib. Onun sözlərinə görə, dəqiq vaxt hava şəraitindən asılı olaraq mayın 31-də açıqlanacaq.

“Çimərlik mövsümü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmiləri və Dövlət Sularda Xilasetmə Xidmətinin Xilasetmə və dalğıc işləri üzrə strukturu hələ qış dövründən etibarən mövsümü hazırlığa başlayıb. Ölkəmizə gələn turistlərin sayının artması səbəbindən çimərlik mövsümünə hazırlıq işləri bu il daha da sürətlənib. Bununla bağlı sahilboyu ərazilərdə, o cümlədən də Lökbatanda, Şıx çimərliyində, Milli Parkda yerləşən struktur bölmələri gücləndirilmiş iş rejimində işləyib. İslam Həmrəyliyi Oyunları zamanı buna xüsusən diqqət yetirilib. Bakının 6 rayonu- Qaradağ, Səbail, Xəzər, Binəqədi, Sabunçu və Suraxanıda yerləşən çimərlik ərazilərində həmin rayonların icra hakimiyyətləri ilə birlikdə monitorinqlər də keçirilib. Bu monitorinqlər zamanı çimərlik ərazilərinin ekoloji vəziyyətindən tutmuş, digər tələblərə də cavab verməsi müəyyən olunub, nöqsanlar göstərilib, aradan qaldırılması üçün göstəriş verilib”- FHN rəsmisi vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: FHN   Çimərlik  





Xəbər lenti