Lənkəranda ağır yol qəzası - 7 nəfər yaralandı (FOTOLAR)

Lənkəranda ağır yol qəzası - 7 nəfər yaralandı (FOTOLAR)
  28 May 2017    Oxunub:13301
Lənkəranda ağır yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə Lənkəranın Liman şəhərində qeydə alınıb.

"VAZ 2106" markalı avtomobilin "OPEL"lə toqquşması nəticəsində 7 nəfər yaralanıb.

Məlumata görə, yaralılardan 3-ü uşaq, 2-si qadındır. Hər iki avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.









İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Lənkəran   Qəza  





Xəbər lenti