Sərnişin avtobusu qəzaya uğradı: 8 ölü, 32 yaralı

Sərnişin avtobusu qəzaya uğradı: 8 ölü, 32 yaralı
  27 May 2017    Oxunub:1419
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 8 nəfər ölüb, 32 nəfər yaralanıb. Yaralılardan 11-nin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, avtobus Kastamonu vilayətindən Ankaraya hərəkət edərkən qəzaya düşüb.

Ehtimal olunur ki, qəzaya sürücünün sükan arxasında yatması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   Qəza  





Xəbər lenti