Ötən gün 96 cinayət faktı qeydə alınıb

Ötən gün 96 cinayət faktı qeydə alınıb
  26 May 2017    Oxunub:1198
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 96 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Polis   Həbs   Cinayət  





Xəbər lenti