Vəzifələr üzrə yeni qiymətlər: Aparat rəhbərləri 110 manat
İnzibati vəzifələrin 4-cü təsnifatı üzrə şöbə müdiri, sektor müdiri, regional bölmənin rəhbəri, şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi, regional bölmənin rəhbərinin müavini, şəhər-rayon icra hakimiyyəti başçısının birinci müavini, müavini, inzibati vəzifələrin 5-ci təsnifatı üzrə sektor müdiri, şöbə müdiri, şöbə müdirinin müavini 100 manat ödəməli olacaqlar.
İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə yerli bölmənin rəhbəri, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri, inzibati vəzifələrin 6-cı təsnifatı üzrə şöbə müdiri, sektor müdiri, yerli bölmənin rəhbəri, inzibati vəzifələrin 6-cı təsnifatı üzrə yerli bölmələrin rəhbərlərinin müavini, şöbə müdirinin müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri, inzibati vəzifələrin 7-ci təsnifatı üzrə sektor müdiri, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini, dövlət orqanı rəhbərinin köməkçisi imtahanda bir dəfə iştirak üçün 90 manat ödəməli olacaqlar.
İnzibati vəzifələrin 4-cü və 5-ci təsnifatı üzrə baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi vəzifəsi üzrə imtahanlarda iştirak üçün 80 manat, 6-cı və 7-ci təsnifatı üzrə isə 70 manat rüsum ödəniləcək.
Dövlət qulluğuna qəbul üçün ən az rüsumu (10 manat) katibə, kargüzar, sürücü, liftçi və s. işləmək istəyənlər ödəyəcəklər.
Mərkəzdən bildirilib ki, dövlət qulluğu imtahanlarında iştirak üçün Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilən tariflərin üzərinə ƏDV əlavə edilməyəcək və namizədlər müəyyənləşdirilmiş qiymətlərlə rüsum ödəyərək imtahanda iştirak edə biləcəklər.(Trend)
AzVision.az
Teqlər: Tarif-Şurası DİM