Ermənistanda yeni nazir təyinatları - Sarkisyan kimlərə vəzifə verdi?

Ermənistanda yeni nazir təyinatları - Sarkisyan kimlərə vəzifə verdi?
  26 May 2017    Oxunub:2505
Ermənistanda yeni nazir təyinatları həyata keçirilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, prezident Serj Sarkisyanın sərəncamı ilə Suren Xaçatryan yenidən Ermənistanın iqtisadi inkişaf və investisiyalar naziri təyin edilib. O, 2016-cı ildən bu vəzifədə çalışır.

Sarkisyanın digər sərəncamı ilə hazırki xarici işlər naziri Edvard Nalbandyan vəzifəsində qalıb. Nalbandyan 2008-ci ildən Ermənistan XİN-in rəhbəridir.

Bundan əlavə erməni prezidentin digər sərəncamı ilə İqnat Arakelyan yenidən kənd təsərrüfatı naziri təyin edilib. İ.Arakelyan Karen Karapetyanın baş nazir olmasından sonra, 2016-cı ildə bu vəzifəyə gətirilib.

Ermənistanın hazırki müdafiə naziri Vigen Sarkisyan da öz postunda qalıb. Sarkisyan onun yenidən müdafiə naziri təyin edilməsi haqda sərəncam imzalayıb.

Qeyd edək ki, V.Sarkisyan 2016-cı ildə bu vəzifəyə təyinat alıb.

Bundan əlavə Vaçe Qabrielyan Ermənistanın beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri vəzifəsində təyin edilib. Qabrielyana, həmçinin baş nazirin müavini vəzifəsi də həvalə olunub.

Serj Sarkisyanın imzaladığı digər sərəncamla Davit Harutyunyan ölkənin ədliyyə naziri təyin edilib.

Xatırladaq ki, Davit Harutyunyan 1998-2007-ci illərdə ədliyyə naziri vəzifəsində çalışıb.

Aşot Manukyan Ermənistanın enerji infrastrukturları və təbii ehtiyatlar naziri vəzifəsinə yenidən təyinat alıb.

Xatırladaq ki, Aşot Manukyan nazir vəzifəsinə 2016-cı ildə gətirilib.

Sarkisyanın növbəti sərəncamı ilə Vahan Martirosyan yenidən rabitə nazir təyin edilib.

Həmçinin Hranuş Hakopyan diaspora naziri, Vardan Aramyan isə maliyyə nazir vəzifəsinə təyin olunub.

Ermənistan prezidenti general-mayor Manvel Qukasyanın hərbi polis rəisi vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Üç illik müddətə polkovnik Artur Bağdasaryan Ermənistanın Müdafiə Nazirliyinin hərbi polis rəisi vəzifəsinə təyin edilib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti