Yüzə yaxın məhbus həbsxanadan qaçdı

Yüzə yaxın məhbus həbsxanadan qaçdı
  26 May 2017    Oxunub:1406
Braziliyanın şimal-şərqindəki Riu-Qrandi-du-Norti ştatında yerləşən “Parnamirim” regional penitensiar müəssisəsindən azı 91 məhbus qaçıb. Bu barədə məlumatı UOL informasiya internet-portalı yayıb.
TASS xəbər verir ki, portalın məlumatına görə, söhbət ştatın tarixində ən miqyaslı qaçışdan gedir. İndiyədək yalnız 9 nəfəri tutmaq və həbsxanaya qaytarmaq mümkün olub. Hüquq mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, qaçış həbsxana divarının altında qazılmış 30 metr uzunluğunda tunel vasitəsilə təşkil olunub.

“Parnamirim” regional penitensiar müəssisəsinin 436 məhkum üçün hesablandığı, lakin hadisə baş verən vaxt orada 589 nəfərin saxlandığı bildirilir.

AzVision.az


Teqlər: Həbsxana  





Xəbər lenti