"Qarabağ münaqişəsinin tezliklə həlli vacibdir" - Avropa Parlamenti

"Qarabağ münaqişəsinin tezliklə həlli vacibdir" - Avropa Parlamenti
  26 May 2017    Oxunub:1481
"Dağlıq Qarabağda status-kvo qəbuledilməzdir, lakin münaqişənin hərbi yolla həlli yoxdur" AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu İrəvanda jurnalistlərlə görüşü zamanı Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makallister deyib.
"Beynəlxalq hüququn normalarına uyğun olaraq münaqişənin tezliklə siyasi həlli vacibdir. Avropa Birliyi həll prosesində aktiv oyunçu deyil. Lakin biz nizamlama prosesində hər bir diplomatik səyi dəstəkləyirik. Bunun üçün də Avropa Birliyi bötövlükdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçi səylərini və təkliflərini dəstəkləməyə davam edir. Bu ölkələrdən biri də Avropa Birliyinin üzvü olan Fransadır"- deyə MakAlister vurğulayıb.

Münaqişə tərəflərini atəşkəsin saxlanılmasına və münaqişənin sülh yolu ilə həlli variantına hörmət etməyə çağıran Makallister təmas xəttində təkrarlanan hadisələr, davam edən silahlanmadan narahat olduqlarını bildirib.

"Avropa Birliyi tərəflərə ilkin şərtlər olmadan ATƏT-in Minsk Qrupunun təklifləri üzərində danışıqları bərpa etməyə çağırır".

Şahin Qocayev
AzVision.az


Teqlər: Qarabağ   AP  





Xəbər lenti