Aydın Əliyev “Şöhrət” ordeni ilə təltif olundu

Aydın Əliyev “Şöhrət” ordeni ilə təltif olundu
  25 May 2017    Oxunub:3620
Prezident İlham Əliyev Aydın Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sənədlə Azərbaycan Respublikasında gömrük işinin inkişafındakı xidmətlərinə görə Aydın Əli oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbasəli Ramazan oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.


AzVision.az


Teqlər: İlham-Əliyev   Aydın-Əliyev  





Xəbər lenti