Qəzada yaralanan şəxs 6 gün sonra öldü

Qəzada yaralanan şəxs 6 gün sonra öldü
  25 May 2017    Oxunub:1195
6 gün əvvəl Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxs vəfat edib.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, mayın 19-da Bakı şəhər sakini Ceyhun İsayev idarə etdiyi “BMW” markalı avtomobillə velosiped sürən qəsəbə sakini Qeyrət Orucovu vurub.

Xəstəxanaya yerləşdirilən Q.Orucov dünən dünyasını dəyişib. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti