Beynəlxalq Bankla bağlı açıqlama: "Kim pulunu götürmək istəyirsə..."

Beynəlxalq Bankla bağlı açıqlama: "Kim pulunu götürmək istəyirsə..."
  25 May 2017    Oxunub:1280
“Bank rəhbərliyi ilə mütəmadi əlaqə saxlayırıq. Əmanətlərin geri götürülməsində məhdudiyyət yoxdur. Kim öz vəsaitini götürmək istəyirsə, problem yoxdur”.
AzVision.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı verilən suala cavabında deyib.

“Keçən il əmanətlərin sığortalanması məbləğinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb. Bütün əmanətlər sığortalanır, o cümlədən dövlət bankı olan ABB-də olan əmanətlər də. Bəyanatlar verilib ki, dondurulma sırf xarici kreditlərlə bağlıdır və bu məsələlərə görə xarici investorlarla müzakirələr gedir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: ABB   Nazir-Müavini  





Xəbər lenti